Krim 12321

Ukrayna ordusunun Krımın azad olunması istiqamətində mümkün əməliyyata hazırlaşdığı iddia olunur. Bu barədə yayılan məlumatlar regionda hərbi vəziyyətlə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Bu, mümkündürmü? Rusiya Krımdan çıxarılarsa, müharibənin gedişinə necə təsir edər?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Krımın azad olunması ilə bağlı müzakirələr yenidən intensivləşsə də, belə bir əməliyyatın həyata keçirilməsi hərbi baxımdan son dərəcə mürəkkəbdir:

Rusiya 2014-cü ildən bəri yarımadada çoxqatlı müdafiə sistemi qurub, əlavə canlı qüvvə və hərbi texnika yerləşdirib. Buna görə də Ukraynanın Krımı qısa müddətdə hərbi yolla geri qaytarması çətin görünür. Bununla yanaşı, Ukrayna son aylarda yarımadadakı hərbi obyektlərə, hava bazalarına, logistika marşrutlarına və xüsusilə Kerç körpüsü istiqamətinə zərbələri artıraraq Rusiyanın müdafiə imkanlarını zəiflətməyə çalışır”.

zuriye qarayeva 900x600 1

Züriyə Qarayeva

Politoloq bildirib ki, əgər Rusiya Krımdan çıxmağa məcbur olarsa, bu, müharibənin gedişində strateji dönüş nöqtəsi hesab oluna bilər:

Krım Rusiyanın Qara dənizdəki hərbi mövcudluğu, donanmasının fəaliyyəti və cənub cəbhəsinin təminatı baxımından əsas dayaq nöqtəsidir. Yarımadanın itirilməsi Moskvanın həm hərbi-logistika imkanlarına, həm də siyasi nüfuzuna ciddi zərbə vurar. Eyni zamanda Ukraynanın danışıqlar masasında mövqeyini əhəmiyyətli dərəcədə gücləndirər. Belə bir ssenari Rusiyanın daha sərt hərbi və siyasi reaksiyalarına səbəb ola biləcəyindən, münaqişənin qısa müddətdə başa çatacağı anlamına gəlmir. Əksinə, müəyyən mərhələdə eskalasiya riskini də artıra bilər”.

Ləman İmran
Globalinfo.az

Paylaş: