
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti İsa Həbibbəylinin davranışı narazılıq yaradıb.
Globalinfo.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Heydər Oğuz paylaşım edib.
Onun sözlərinə görə, İsa Həbibbəyli Vatikan nümayəndə heyətinə XIV əsrə aid nadir Nizami Gəncəvi əlyazmasını nümayiş etdirərkən onu kobud şəkildə vərəqləyib.
“Bu isə qədim əlyazmaların qorunmasına xüsusi həssaslıqla yanaşan qonaqların narazılığına səbəb olub. Vatikan nümayəndələri əlyazmanın daha ehtiyatla və asta şəkildə vərəqlənməsinin vacibliyini “akademikbaşı”nın diqqətinə çatdırıblar. Akademik isə öz keyfindədir”, – deyə H.Oğuz qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az