abs 1

ABŞ Küveyt və Səudiyyə Ərəbistanındakı hərbi bazalarının bir hissəsini köçürməyi nəzərdən keçirir.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri müzakirələrin gedişi ilə tanış olan amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ hərbi rəhbərliyi Bəhreyndəki bazanın modernləşdirilməsi, Küveyt və Səudiyyə Ərəbistanındakı hərbi mövcudluğun azaldılması, eləcə də bəzi bazaların və ya onların funksiyalarının İranın raket və pilotsuz uçuş aparatlarının təsir zonasından daha uzaq ərazilərə- qərb istiqamətinə köçürülməsi imkanlarını müzakirə edir.

Nəşr yazır ki, mümkün yerləşdirmə məkanlarından biri kimi İsrail də nəzərdən keçirilir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: