ABŞ Prezidenti Donald Tramp İranla bağlı yeni açıqlama verib.
Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Tramp İranın tezliklə açılacaq yeni bazara çevriləcəyini bildirib:
“Qarşıda açılacaq daha bir bazarımız var və bu, gözəl ölkə olan İrandır. Bura həqiqətən də gözəl yerdir. Ora getmək istəyən varmı?”.
O, İranın ərzaq çatışmazlığı ilə üzləşdiyini iddia edərək, ABŞ-ın Tehranın vəsaitlərinin bir hissəsini kənd təsərrüfatı məhsullarının alınmasına yönəldəcəyini söyləyib:
“Bu pullarla çoxlu buğda, soya və qarğıdalı alınacaq. Bu proses çox yaxın vaxtlarda başlayacaq və kifayət qədər genişmiqyaslı olacaq”.
ABŞ Prezidenti əlavə edib ki, Vaşinqton hazırda Tehranla “güc mövqeyindən” danışıqlar aparır:
“Biz onlara ciddi zərbə vurduq. İndi isə danışıqları yalnız güc mövqeyindən aparırıq. Onlar da bunu yaxşı bilirlər. Hörmüz boğazı artıq açılıb və biz orada rekord göstəricilər əldə edirik”.
Safura Bənnayeva
Globalinfo.az