hormuz 5

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında Sinqapur bayrağı altında üzən yük gəmisinə hücum edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri iki ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Bildirilir ki, hücum Oman sahilləri yaxınlığında, İranın Tehranla razılaşdırılmamış marşrutlardan istifadəni qadağan etməsindən bir neçə saat sonra baş verib.

Gəminin kapitanının sözlərinə görə, insident nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, iyunun 18-də ABŞ və İran hərbi əməliyyatların dayandırılması və danışıqların yeni mərhələsinə başlanmasını nəzərdə tutan 60 günlük müvəqqəti anlaşma memorandumu imzalayıblar. Sənəddə atəşkəsin təmin olunması, Hörmüz boğazında gəmiçiliyin bərpası, ABŞ tərəfindən İran limanlarına tətbiq edilən dəniz blokadasının aradan qaldırılması, bəzi sanksiyaların yumşaldılması, İranın dondurulmuş aktivlərinin bir hissəsinə çıxışının təmin edilməsi və nüvə proqramı üzrə danışıqların davam etdirilməsi nəzərdə tutulur.

Bundan bir neçə gün sonra ABŞ Senatı İrana qarşı hərbi əməliyyatların dayandırılmasını dəstəkləyən qətnaməni təsdiqləyib. Sənəddə qanunvericilərin yeni razılığı olmadan ABŞ qüvvələrinin münaqişədə iştirakının dayandırılması tələb olunur.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: