pasinyan

“Biz hökumətin iclaslarında bu şaxələndirmə proseslərini müzakirə edirik. Əminəm ki, Avrasiya İqtisadi İttifaqının (Aİİ) bir sıra üzv ölkələrində də eyni proseslər rəsmi şəkildə elan edilmədən gedir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, Aİİ formatında həqiqətən müzakirə olunmalı məsələlər var:

“Mən yaxın vaxtlarda bu müzakirələri başlatmaq üçün fürsətdən istifadə edəcəyəm. Tərəfdaşlarımıza ünvanlayacağım suallar da var. Söhbət mənim iştirak etmədiyim vaxt qəbul etdikləri bəyanatdan gedir.

Biz anlamalıyıq ki, bu bəyanat praktikada nə deməkdir. Əgər istənilən ölkə digər istənilən ölkə barədə qərarlar qəbul edə bilirsə və bu sualın cavabı “bəli”dirsə, o zaman Aİİ özünü ləğv etdiyini elan etmiş olur”.

Qeyd edək ki, Aİİ-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan üzvdür.

Əliyar Xəlil
Globalinfo.az

 

Paylaş: