kai trump donald trump main 071525 71c4822cf37940fb8b59361c54e0d114

ABŞ Prezidenti Donald Trampın nəvəsi Kai Tramp Ağ Evdə yeni videobloq çəkib.

Globalinfo.az xəbər verir ki, o, Oval Ofisi izləyicilərinə göstərib.

Videoda Trampın iş masasındakı məşhur “Diet Cola” düyməsini də nümayiş etdirilib.

Bu düyməyə basıldıqda Ağ Ev əməkdaşlarına siqnal göndərilir və Prezidentə “Diet Cola” gətirilir.

Kai Trampın paylaşdığı görüntülər sosial şəbəkələrdə böyük maraq doğurub.

İstifadəçilər xüsusilə Oval Ofisin daxili görünüşü və Trampın uzun illərdir gündəmdən düşməyən “Diet Cola düyməsi” ilə bağlı müzakirələr aparıblar.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: