2nd FIFA Women s Corporate Tournament at HoF scaled

FİFA U-15 Dünya Çempionatı və 2026-cı il Festivalı Azərbaycanda keçiriləcək.

Globalinfo.az xəbər verir ki, FİFA Şurasının Bürosunun qərarına əsasən, turnirin ilk tarixi 22-31 oktyabr 2026-cı il aralığında baş tutacaq.

Yarışda FİFA-ya üzv olan bütün ölkələrin 15 yaşadək oğlanlardan ibarət komandaları iştirak edə biləcək.

FİFA bu qərarı AFFA-ya etimad göstərərək, Azərbaycanın yüksək səviyyəli idman infrastrukturu və böyükmiqyaslı beynəlxalq turnirləri qəbul etmək imkanlarını nəzərə alaraq verib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın FİFA U-20 Dünya Çempionatı (2027-ci il) yarışına da ev sahibliyi edəcəyi açıqlanmışdı.

FİFA bildirib ki, 2027-ci ildə keçiriləcək ikinci U-15 turniri qızlardan ibarət komandalar üçün olacaq. 2028-ci ildən isə həm oğlanlar, həm də qızlar arasında ayrıca yarışlar təşkil ediləcək.

Paylaş: