Bakıda minik avtomobili yanıb.
Globalinfo.az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, hadisə gecə saatlarında paytaxtın mərkəzi küçələrinin birində qeydə alınıb. Görüntülərdə avtomobilin alov içində qaldığı, hadisə yerinə polis və yanğınsöndürənlərin cəlb olunduğu əks olunub.
Avtomobilin hansı səbəbdən yanması hələlik məlum deyil.
Hadisənin təfərrüatları ilə bağlı Oxu.az aidiyyəti qurumlara sorğu ünvanlayıb.