“Al Hadath” telekanalının jurnalisti Məhəmməd Aida Yəmənin Hadramaut əyalətində avtomobilinin partladılması zamanı həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə telekanaldan məlumat paylaşılıb.
Bildirilir ki, jurnalistin avtomobilinə partlayıcı qurğu quraşdırılıb və partlayış baş verdiyi an jurnalist elə orada həyatını itirib. Hadisə Əl-Mukalla şəhərində baş verib.
Partlayışla bağlı təfərrüatlar araşdırılır.
Aysel Əliyeva
Globalinfo.az