6a3bf9d04e5dd6a3bf9d04e5de17823154726a3bf9d04e5db6a3bf9d04e5dc 1

2026-cı il dünya çempionatında bu gün qrup mərhələsinin III turuna start veriləcək.

Globalinfo.az Apasport.az-a istinadla xəbər verir ki, ilk oyun günündə B qrupunun iki görüşü baş tutacaq.

Bosniya və Herseqovina millisi Qətərlə qarşılaşacaq. Qrupun digər matçında isə İsveçrə Kanada ilə münasibətlərinə aydınlıq gətirəcək.

Hər iki qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

DÇ-2026
B qrupu, III tur
24 iyun
23:00. Bosniya və Herseqovina – Qətər
23:00. İsveçrə – Kanada

İlk oyun günündə C qrupunun iki görüşü baş tutacaq. Mərakeş millisi Haiti ilə qarşılaşacaq. Qrupun digər matçında isə Şotlandiya Braziliya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Hər iki qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 02:00-da səslənəcək.

DÇ-2026
B qrupu, III tur
25 iyun
02:00. Mərakeş – Haiti
02:00. Şotlandiya – Braziliya

Bundan başqa A qrupunun iki görüşü baş tutacaq. Belə ki, Cənubi Afrika millisi Cənubi Koreya ilə qarşılaşacaq. Qrupun digər matçında isə Çexiya Meksika ilə münasibətlərinə aydınlıq gətirəcək.

DÇ-2026
A qrupu, III tur
25 iyun
05:00. Cənubi Afrika Respublikası – Cənubi Koreya
05:00. Çexiya – Meksika

Paylaş: