4 bank

“Yelo Bank”, “Rabitə Bank”, “Expressbank” və “AccessBank”a məxsus kart tətbiqlərinə girişdə məhdudiyyət yaranıb.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, hazırda bu bankların mobil tətbiqinə daxil olmaq mümkün deyil.

Problemin səbəbi və xidmətin nə vaxt bərpa olunacağı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, bu gün vətəndaşların bank kartlarında saxlanılan pul vəsaitlərinin silinməsi halları başverib.

1529734 1529735 1529736

***16:20

Azərbaycan Beynəlxalq Bankının (ABB) bəzi kart əməliyyatları ilə bağlı texniki problem yaranıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə bankın müştərilərinə mobil tətbiq vasitəsilə sms bildirişi göndərilib.

“Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş vermişdir. Problem yaxın zamanda aradan qaldırılacaq. Anlayışınız üçün təşəkkür edirik!”, – məlumatda qeyd olunub.

Problemlə bağlı Azərbaycan Beynəlxalq Bankına sorğu ünvanlanıb.

729089542 10233538019456589 2982414150944350974 n

Paylaş: