mym

Azərbaycanın tanınmış klinikası fəaliyyətini dayandırıb.

Globalinfo.az bildirir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, “Mayomed” klinikası bir neçə gün əvvəl bağlanıb.

Klinikanın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 205 ünvanında yerləşən binasından bütün tibbi avadanlıqlar çıxarılıb, həkim heyəti və digər əməkdaşlarla sağollaşılıb. Artıq klinikanın reklam lövhələri də binanın üzərindən götürülüb.

Klinikanın hansı səbəbdən fəaliyyətini dayandırdığı məlum deyil.

Qeyd edək ki, “Mayomed” klinikası daha çox fizioterapiya və reabilitasiya xidmətləri ilə tanınıb.

whatsapp image 2026 06 24 at 135958 2 1782295364 
whatsapp image 2026 06 24 at 135958 1 1782295364
 whatsapp image 2026 06 24 at 135958 1782295364

Paylaş: