zb

“Zeytun Bağları” markası ekoloji dəyərlərə sadiqliyini davam etdirərək növbəti sosial məsuliyyət təşəbbüsünü həyata keçirib. Bu dəfə marka Xəzər dənizinin Şüvəlan sahilində təmizlik aksiyası keçirib.

Globalinfo.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilən aksiyada “Zeytun Bağları” brendinin əməkdaşları ilə yanaşı, Azersun Holdinqin müxtəlif kateqoriyalarını təmsil edən əməkdaşlar və eləcə də könüllü ekofəallar fəal iştirak ediblər.

“Yaşıl gələcək, bizimlə gələcək” şüarını əsas tutan “Zeytun Bağları” mütəmadi olaraq ekoloji təşəbbüslərə dəstək verir. Və bu aksiyanın da əsas məqsədi yalnız sahillərin təmizlənməsi deyil, eyni zamanda cəmiyyətdə ekoloji məsuliyyət hissinin gücləndirilməsi, təbiətə qayğı mədəniyyətinin təşviqi və ətraf mühitin qorunmasının hər kəsin ortaq məsuliyyəti olduğuna diqqət çəkmək olmuşdur.

Bu təşəbbüs bir daha göstərir ki, “Zeytun Bağları” keyfiyyətli məhsulları ilə yanaşı, sosial və ekoloji məsuliyyət prinsiplərinə sadiq qalan brend olaraq fəaliyyətini davam etdirir.

Bu baxımdan, hər kəsi ətraf mühitə qarşı həssas olmağa, istirahət etdikləri məkanları təmiz saxlamağa və təbiətin qorunmasına öz töhfəsini verməyə çağırırıq.

Birlikdə daha təmiz sahillər və daha yaşıl gələcək naminə!

778ba46b f871 4ca4 9678 8e59ce1e4d00
c698abd7 c5d4 45a2 b3f6 3f8d4600fb46
c1850aa3 617f 4873 ae9a bb0b629a2c9a
eb4da810 5791 4abc 9e1e 1c7b47f08ced
9a0e08eb d689 4fdb b23b 248b8bed6e9e
0ee3ad4d 142b 40b7 ab62 8abb40d98d51

Paylaş: