Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin sosial şəbəkə paylaşımı maraq doğurub.
Globalinfo.az xəbər verir ki, nazir sosial şəbəkə hesabında Füzuli, Ağdam və Xocavənd rayonlarının sakinləri ilə görüş keçirməsinə dair paylaşım edib.
O bildirib ki, vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərini dinləyib:
“Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi”.
Adətən nazirlərin vətəndaşlarla görüşü barədə məlumatlar müvafiq nazirliyin sosial şəbəkə hesablarında ictimailəşdirilir. Bu baxımdan Rəşad Nəbiyevin məhz öz səhifəsində belə bir paylaşım etməsi təqdir görüb və maraqla qarşılanıb.
Əliyar Xəlil
Globalinfo.az