Pezeskian sahbaz 111

İran Prezidenti Məsud Pezeşkianın Pakistana səfəri zamanı maraqlı an yaşanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial mediada görüntülər yayılıb.

Belə ki, İslamabadda İran Prezidentinə simvolik olaraq ağac əkilməsi təklif olunub. Protokola əsasən, onun sadəcə bir neçə kürək torpaq atması nəzərdə tutulurdu. Lakin Pezeşkian bu işə o qədər həvəslə yanaşıb ki, bir neçə kürəklə kifayətlənməyərək torpaq tökməyə davam edib.

Hətta Pakistanın Baş naziri Şahbaz Şərif dəfələrlə “kifayətdir” desə də, İran lideri ağacın ətrafına torpaq tökməyi davam etdirib.

Bu anlar tədbir iştirakçıları arasında gülüş və maraqla qarşılanıb.

Qeyd edək ki, iyunun 23-də İran Prezidenti Məsud Pezeşkian Pakistanın paytaxtı İslamabadda rəsmi səfərə gedib. Səfər Pakistan hökumətinin dəvəti əsasında baş tutub.

Bundan əvvəl Məsud Pezeşkian bildirmişdi ki, Pakistanın İranla ABŞ arasında anlaşmanın əldə olunması istiqamətində göstərdiyi səylər bu səfərin reallaşmasında mühüm rol oynayıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Globalinfo.az (@globalinfo_az)

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: