Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatının nümayəndə heyəti Brüsseldə Avropa İttifaqı (Aİ) rəsmiləri ilə qapalı görüş keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.
Əfqanıstan Xarici İşlər Nazirliyinin sözçüsü və beş nəfərlik nümayəndə heyətinin rəhbəri Əbdül Qahar Bəlxi bildirib ki, bu səfər tarixi xarakter daşıyır.
“Bu, tarixi səfərdir. İlk dəfədir ki, İslam Əmirliyinin nümayəndə heyəti Aİ-ni ziyarət edir və Brüsseldə üzv dövlətlərin nümayəndələri ilə danışıqlar aparır”, – deyə o vurğulayıb.
Bəlxinin sözlərinə görə, görüş zamanı Aİ ərazisində yaşayan əfqanlar üçün konsulluq xidmətlərinin bərpası, etimadın gücləndirilməsi, konsulluq təmsilçiliyinin genişləndirilməsi və vətəndaşların ləyaqətli şəkildə geri qayıtması məsələləri müzakirə olunub.
Görüş Brüsseldə keçirilsə də, təhlükəsizlik səbəbindən məkan açıqlanmayıb. Taliban nümayəndələrinin Brüsselə səfəri üçün Belçika hökuməti rejimin beş təmsilçisinə viza verib.
Əliyar Xəlil