6a3aa8eac847d6a3aa8eac847e17822292266a3aa8eac847a6a3aa8eac847c 1

Goranboyda qonşular arasında xəsarətlə nəticələnən dava olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Xoylu kəndində qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Solmaz Hüseynova, 1990-cı il təvəllüdlü Hüseyn Əsədov və onun oğlu 10 yaşlı T. Ə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.

İlkin məlumata görə, adıçəkilən şəxslər əkin sahəsinin suvarılması ilə bağlı qonşuları arasında düşən dava zamanı döyülüblər.

Faktla bağlı araşdırma başlanılıb.

Paylaş: