Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycana səfər etməyi planlaşdırır.
Globalinfo.az bildirir ki, bu barədə “Report”a diplomatik mənbə məlumat verib.
“O, sabah Bakıya gələcək”, – mənbə qeyd edib.
Mənbə səfərin təfərrüatlarını açıqlamayıb.
Öz növbəsində, Qrononun ofisindən “Report”un Avropa bürosuna bildirilib ki, o, iyunun 25-26-da Bakıda Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək.
Qeyd edək ki, Maqdalena Qrono sonuncu dəfə Azərbaycana 2026-cı ilin yanvarında səfər edib.