xezer denizi

Qara və Xəzər dənizlərinin sahillərində ilanlar daha tez-tez müşahidə olunmağa başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Baza” Telegram kanalı yazıb.

Qeyd olunur ki, ilanlar Soçi, Sevastopol, Dərbənd və Mahaçqala çimərliklərində görülüb.

Bildirilir ki, bu, turistlərin də narahatlıq və qorxusuna səbəb olub.

“Əsas səbəblərdən biri Azov və Qara dənizlərin son onilliklərdə duzluluğunun artmasıdır. Bu, balıqların paylanmasını və qida bazasını dəyişir. Məsələn, su ilanları daha aktiv şəkildə sahilboyu və Kerç boğazı ərazisi boyunca hərəkət edərək Qara dənizə düşə bilirlər”, – deyə bildirilib.

Bioloq Viktoriya Liçaqinanın sözlərinə görə, su ilanlarının sayının artmasına isti hava da təsir edib:

“Sürünənlər soyuqqanlı heyvanlar olduğuna görə ətraf mühitin temperaturundan birbaşa asılıdırlar. Bundan başqa, Krasnodar diyarında güclü yağışlar və daşqınlar da ilanların sayının artmasına səbəb olub. Bu hadisələrdən sonra ilanlar Kuban deltası, laqunlar və kiçik çayların mənsəblərindən sahilə çıxıb. Xəzər dənizi sahilində isə say artımı Dağıstanda yazda baş vermiş iri daşqınlarla əlaqələndirilir”.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: