messi milli

2022-ci il dünya çempionatındakı qələbədən sonra Argentinada qeyri-adi bir dini cərəyan meydana çıxıb.

Globalinfo.az lent.az-a xəbər verir ki, “Messizm” adlandırılan bu yeni inanc xüsusilə Argentinanın Çako əyalətində yerləşən La Eskondida kəndində sürətlə yayılır.

Məlumata görə, kənddə hazırda Lionel Messini müqəddəs şəxs hesab edən və “Messizm” inancına mənsub olduğunu bildirən 3 900 nəfər yaşayır.

“Messizm” tərəfdarları Messinin təkcə futbol nailiyyətlərini deyil, hücumçunun həyat tərzini, xarakterini və Argentina xalqı üçün simvolik əhəmiyyətini də bu inancın əsas dayaqları kimi qəbul edirlər. Bununla belə, bu cərəyan rəsmi din kimi tanınmır və daha çox azarkeşlərin yaratdığı simvolik və qeyri-rəsmi inanc hərəkatı kimi qiymətləndirilir.

Paylaş: