
İsveçrənin Bürgenstok şəhərində keçirilən dördtərəfli məsləhətləşmələr konkret nəticə ilə yekunlaşıb. Tərəflər müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərəcək dörd işçi qrupunun yaradılması barədə razılığa gəliblər.
Globalinfo.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi məlumat verib.
Onun sözlərinə görə, yaradılan qruplar əsas diqqəti sanksiyaların aradan qaldırılması, nüvə proqramı ətrafındakı məsələlərin həlli, yenidənqurma və iqtisadi inkişaf proseslərinin dəstəklənməsi, həmçinin monitorinq mexanizmlərinin formalaşdırılmasına yönəldəcək.
Qəribabadi bildirib ki, yeni işçi qrupları qeyd olunan sahələr üzrə müzakirələri sistemli şəkildə davam etdirmək və praktiki nəticələr əldə etmək məqsədi daşıyır.
Safura Bənnayeva
Globalinfo.az