6a36f529aa31b6a36f529aa31c17819866016a36f529aa3196a36f529aa31a

Lənkəranda velosipedçini avtomobil vurub.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Gərmətük qəsəbəsi ərazisində baş verib.

Belə ki, Yuxarı Nüvədi kənd sakini 2006-cı il təvəllüdlü Elvin Murad oğlu Quluzadəni velosipedlə hərəkətdə olarkən minik avtomobili vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan E. Quluzadə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: