Kanadanın Monreal şəhərində yerləşən yəhudi məhəlləsində silahlı insident baş verib.
Globalinfo.az xəbər verir ki, naməlum şəxs insanlara atəş açıb.
Hadisə nəticəsində azı iki nəfərin öldüyü bildirilir. Yaralananlar arasında bir neçə polis əməkdaşı da var.
Hazırda ərazidə xüsusi təyinatlı polis qüvvələri əməliyyat keçirir. Hadisənin başvermə səbəbləri və hücumçunun şəxsiyyəti hələlik açıqlanmayıb.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmaları davam etdirir. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
— Newsfeed (@Newsfeed883920) June 22, 2026
Əliyar Xəlil