Argentina-Avstriya matçı 2:0 hesabı ilə başa çatıb.
Globalinfo.az xəbər verir ki, Argentina qarşılaşmadan qalib kimi ayrılıb.
***22:58
Argentina-Avstriya qarşılaşmasının son dəqiqələrində (90+5) Messi ikinci qolu vurub.
Globalinfo.az xəbər verir ki, bununla da Argentina top fərqini 2-yə qaldırıb.
Qeyd edək ki, bu qol ilə Messi dünya çempionatları tarixində 18-ci qolunu vurub.
***21:39
Argentina-Avstriya matçında hesab açılıb.
Globalinfo.az xəbər verir ki, daha əvvəl 3 dəfə qol şansını itirən Lionel Messi 39-cu dəqiqədə hesabı aça bilib.
Argentina 1 – 0 Avstriya
***21:00
Futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci tur oyunlarında Argentina Avstriya yığması ilə qarşılaşır.
Globalinfo.az xəbər verir ki, qarşılaşma ABŞ-ın Texas ştatının Arlinqton şəhərində yerləşən AT&T stadionunda keçirilir.