ibrahim elif

Türkiyəli məşhur müğənni İbrahim Tatlısəsin kiçik qızı Elif Ada Atalar Günü münasibətilə etdiyi paylaşımla sosial şəbəkələrdə və maqazin gündəmində diqqət mərkəzinə düşüb.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, Elif Ada şəxsi sosial media hesabında atası ilə birlikdə çəkilmiş fotosunu izləyiciləri ilə bölüşüb. Lakin diqqət çəkən təkcə şəkil olmayıb, paylaşımda yazdığı sözlər də istifadəçilər arasında geniş müzakirələrə səbəb olub.

Elif Ada paylaşımına “Meyvəsi olmasa da, kölgəsi yetər. Yaxşı ki, varsan, atam” sözlərini əlavə edib.

Xüsusilə “Meyvəsi olmasa da…” ifadəsi sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib. Bəzi izləyicilər bu sözlərin mənasını sorğulayarkən, digərləri paylaşımın olduqca duyğusal və mənalı olduğunu bildiriblər.

Paylaş: