“BMT Təhlükəsizlik Şurasının beş daimi üzv ölkəsinin liderlərindən Ermənistan Baş naziri Nikol Paşinyanı yalnız ABŞ və Fransa prezidentləri təbrik edib”.
Globalinfo.az xəbər verir ki, bunu erməni ictimai-siyasi xadim Edqar Qazaryan deyib.
Onun sözlərinə görə, Rusiya və Çin prezidentləri, həmçinin Böyük Britaniyanın baş naziri də Nikol Paşinyanı təbrik etməyib:
“Böyük Britaniyadan Paşinyana yalnız dövlət naziri səviyyəsində təbrik gəlib. Paşinyanı həmçinin Belarus lideri və Azərbaycan Prezidenti də təbrik etməyib”.
Qeyd edək ki, Ermənistanda 2026-cı il iyunun 7-də keçirilmiş parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası qalib gəlib.
Safura Bənnayeva
Globalinfo.az