İsveçrədə keçirilən ABŞ–İran danışıqları ətrafında yeni detallar ortaya çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Belə ki, İran tərəfi ABŞ Prezidenti Donald Trampın görüşlər zamanı səsləndirdiyi sərt bəyanatlarla bağlı üzrxahlıq edilməyincə rəsmi müzakirələri davam etdirməyəcəyini qarşı tərəfə çatdırıb.
Bununla yanaşı, Tehran yalnız Livanda hərbi əməliyyatların dayandırılmasını deyil, həm də İsrail qüvvələrinin ölkənin cənub bölgələrindən çıxarılmasını tələb edir.Digər məlumatlara əsasən, tərəflər arasında təmaslar tamamilə dayanmayıb. Bildirilir ki, İran nümayəndə heyəti görüş məkanını tərk edərək otelə qayıtsa da, ABŞ və İran arasında əlaqələr vasitəçilər üzərindən qeyri-rəsmi formatda davam etdirilir.
Tahir Turan
Globalinfo.az