Moskvanın cənubundakı Reçnikov küçəsindəki inzibati təyinatlı binada yanğın olub.
Globalinfo.az xəbər verir ki, alov təxminən 300 kvadratmetr ərazini əhatə edib. Yanğın nəticəsində binanın dam konstruksiyasının bir hissəsi çöküb.
Təhlükəsizlik məqsədilə binada olan 60 nəfər təxliyə olunub. Hadisə şahidləri ərazidə sıx tüstünün müşahidə edildiyini bildiriblər.
Xəsarət alanların olub-olmaması ilə bağlı məlumatlar hələ dəqiqləşdirilir. Yanğının söndürülməsi və ərazinin təhlükəsizliyinin təmin olunması üçün hadisə yerinə çoxsaylı xilasedici və yanğınsöndürmə qüvvələri cəlb edilib.