zelenski 900x600 1

Ukrayna Prezidenti Volodimir Zelenskinin öldürüldüyü iddia edilir.

Globalinfo.az xəbər verir ki, bununla bağlı  ABŞ-da yerləşən “X” sosial media platformasında məlumatlar yayılıb.

Müxtəlif sosial media hesabları eyni şəkilləri paylaşaraq qeyd edib: “Rusiyanın Ukraynaya hava hücumu nəticəsində Zelenski də ölüb. Ukrayna mediası bu xəbəri təsdiqləməli və ya təkzib etməlidir”.

Şəkillər qısa müddətdə milyonlarla baxış toplayıb.

Lakin müəyyən edilib ki, yayılan görüntü 2015-ci ilin avqust ayında Çinin Tianjin şəhərində çəkilib.

“Partlayışlar konteyner saxlama stansiyasında baş verib və müəssisədə saxlanılan çoxlu miqdarda ammonium nitratının partladığı açıqlanıb. Günlərlə davam edən yanğından sonra ölənlərin sayının 170-i keçdiyi bildirilib”.

Ukrayna Prezidenti Volodimir Zelenskinin sui-qəsd nəticəsində öldürülməsi ilə bağlı nə Rusiya , nə də Ukrayna mediasında heç bir xəbər yayılmayıb.

Hazırda Zelenski sosial media hesabından istifadə etməyə və şəkillər paylaşmağa davam edir.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Moskva da daxil olmaqla müxtəlif bölgələr üzərində təxminən 190 Ukrayna pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini bildirib.  Sözügedən ölüm iddiasının da məhz bu hadisədən sonra ortaya çıxdığı deyilir.

2 1 32

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: