pua moskva

Moskva növbəti dəfə pilotsuz uçuş aparatlarının hədəfinə çevrilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

O, hava hücumundan müdafiə sistemlərinin fəaliyyətə cəlb olunduğunu açıqlayıb.

Bildirilib ki, şəhər istiqamətində hərəkət edən 35 pilotsuz aparat zərərsizləşdirilib.

Qeyd edək ki, bundan əvvəl Moskvaya doğru hərəkət edən 10 pilotsuz uçuş aparatının məhv edildiyi açıqlanmışdı.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: