Bakının Yasamal rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Globalinfo.az-ın xəbərinə görə, Oxu.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, hadisə nəticəsində bir nəfər xəsarət alıb:
“Hadisə bu gün saat 10:00-da, Yasamal rayonu Cəfər Cabbarlı küçəsində qeydə alınıb. Nəticədə 99-JV-101 dövlət nömrə nişanlı “Otokar” markalı sərnişin avtobusu, 90-JJ-235 dövlət nömrə nişanlı “ISUZU” markalı yük maşını, 77-BC-555 dövlət nömrə nişanlı “Geely” markalı və BYD markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində sərnişin avtobusunda olan sərnişin – Fatimə Dadaşova xəsarət alıb, Faktla bağlı araşdırma aparılır”.