“Avropa genişlənmə xəyallarından əl çəkməyib. Ukrayna və Moldovanı təsiri altına almağa çalışır, Ermənistanı isə öz orbitinə cəlb edir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Ukrayna, Avropa və qlobal təhlükəsizlik” adlı məqaləsində yazıb.
Onun sözlərinə görə, NATO artıq Finlandiya və İsveçi də öz sıralarına qatıb.
Lavrov iddia edib ki, Ukrayna gələcəkdə ABŞ və NATO-dan nisbətən müstəqil fəaliyyət göstərə biləcək Avropa silahlı qüvvələrinin əsas “zərbə qüvvəsi” kimi nəzərdən keçirilir:
“Belə bir vəziyyət qlobal təhlükəsizlik üçün ciddi risklər yaradır. Çünki NATO ilə Rusiya arasında birbaşa qarşıdurma qısa müddətdə nüvə zərbələrinin mübadiləsinə çevrilə və fəlakətli nəticələrə səbəb ola bilər”.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, məqalənin ilkin olaraq “Politico Europe” nəşrində dərc edilməsi planlaşdırılsa da, redaksiya son anda bu qərardan imtina edib.
Əliyar Xəlil
Globalinfo.az