vens 3 900x600 1

ABŞ-ın vitse-prezidenti Ceym Di Vens ABŞ-İran sülh sazişinin İsraildə tənqid olunmasına sərt reaksiya verib.

Globalinfo.az-ın məlumatına görə, o, bildirib ki, hazırda dünyada İsrailə ən çox dəstək verən yeganə güclü lider ABŞ Prezidenti Donald Trampdır.

“Əgər mən İsrail hökumətində olsaydım, dünyada qalan yeganə güclü müttəfiqimə hücum etməzdim”, – deyə Vens vurğulayıb.

ABŞ vitse-prezidenti həmçinin İsraildə sazişi tənqid edənlərə xatırladıb ki, ölkənin müdafiəsində istifadə olunan silahların böyük hissəsi ABŞ-da istehsal olunub və amerikalı vergi ödəyicilərinin vəsaiti hesabına maliyyələşdirilib.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: