vbnn 0

ABŞ-ın keçmiş Prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama Çikaqoda Obama Prezident Mərkəzinin təntənəli açılış mərasimində çıxış ediblər.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, uzun müddətdir gözlənilən mərkəzin sabah rəsmi olaraq ictimaiyyət üçün açılacağı bildirilir.

Tədbirdə ABŞ-ın bir sıra keçmiş və hazırkı siyasi liderləri də iştirak ediblər. Qonaqlar arasında keçmiş prezidentlər Bill Klinton, Corc Buş və Co Bayden, eləcə də, keçmiş vitse-prezident Kamala Harris yer alıb. Obama ilə gərgin münasibətləri olduğu bilinən Prezident Donald Tramp isə mərasimə dəvət edilməyib.

Rəsmi açılışdan əvvəl Barak Obama gələn qonaqlara, o cümlədən, keçmiş prezidentlər və birinci xanımlara bələdçilik edərək mərkəzi təqdim edib.

Mərasimdə maraqlı və səmimi anlar da yaşanıb. Keçmiş prezident Corc Buş keçmiş birinci xanım Mişel Obamaya simvolik bir hədiyyə – bir qutu “Altoids” təqdim edib. İllərdir müxtəlif rəsmi tədbirlərdə bir-birinin yanında oturan Buş və Mişel Obamanın bu jesti tədbirə yumoristik və dostluq ab-havası qatıb.

SnapInsta.to 726716859 18601916224059374 8160061984156670206 n
SnapInsta.to 726508419 18601915975059374 834192409996250600 n
SnapInsta.to 726564401 18601916260059374 4705350888919540134 n
SnapInsta.to 726673750 18601916134059374 3931155907843727274 n
SnapInsta.to 726914578 18601916203059374 7426821969926096894 n
SnapInsta.to 726987402 18601916188059374 7968374705840458238 n
SnapInsta.to 725946891 18601916161059374 6648805973777396379 n

Paylaş: