6a33ffe154bd66a33ffe154bd71781792737436f102cc2006a41f08fca32b981fa31 3

Cəlilabadda kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Mirzəli kəndi ərazisində qeydə alınıb.

Belə ki, elektrik Fariz Məmmədov dirəkdə təmir-bərpa işləri apararkən, elektrik enerjisinin verilməsi nəticəsində onu cərəyan vurub.

Ağır xəsarətlər alan F.Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: