“Əgər Ukrayna yanırsa, sizin Moskvanız da yanacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, Rusiya müharibəni davam etdirərsə, Ukrayna cavab zərbələri endirəcək.
Ukrayna lideri beynəlxalq aləmi Kremlə təzyiq artırmağa çağırıb.
Xatırladaq ki, Ukrayna bu gün Moskvaya çoxsaylı PUA hücumları təşkil edib. Nəticədə Moskvada neft emalı zavodu vurulub.
Safura Bənnayeva
Globalinfo.az