“Moskvanın bütün hava limanlarında 527 reys ləğv edilib və ya gecikdirilib”.
Globainfo.az xəbər verir ki, bu barədə “SHOT” Telegram kanalı məlumat yayıb.
“Ən çətin vəziyyət Şeremetyevo hava limanındadır. Burada uçuşlar üzrə 50 reys ləğv edilib, 71 reys gecikdirilib, enişlər üzrə 60 reys ləğv olunub, 76 reys isə gecikib.
Vnukovo hava limanında uçuşlar üzrə 24 reys ləğv edilib, 56 reys gecikdirilib, enişlər üzrə 17 reys ləğv olunub, 77 reys gecikib.
Domodedovo hava limanında uçuşlar üzrə 9 reys ləğv edilib, 16 reys gecikib, enişlər üzrə 10 reys ləğv olunub, 56 reys gecikib.
Jukovski hava limanında isə ən azı 4 reys gecikdirilib və 1 reys ləğv edilib. Onlayn tablolarda sistem yüklənməsi müşahidə olunur”, – deyə yazılıb.
Qeyd olunur ki, reyslərin ləğv və gecikdirilməsi sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilir:
Xatırladaq ki, 18 iyunda Moskva hava limanlarında pilotsuz uçuş aparatlarının kütləvi hücumu səbəbindən hava gəmilərinin qəbul və yola salınmasına məhdudiyyətlər tətbiq edilib.
Bu səbəbdən çoxsaylı reyslər gecikib və ləğv olunub, bəzi təyyarələr ehtiyat aerodromlara yönləndirilib, sərnişinlər təhlükəsiz zonalara təxliyə edilib.
Hazırda hava limanları normal qrafikə qayıtmaq üçün iş aparır, sərnişinlər üçün terminallarda lazımi şərait yaradılıb.
Əliyar Xəlil
Globalinfo.az