Rusiya prezidenti Vladimir Putinin Kazana son səfəri zamanı çəkilən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Globalinfo.az xəbər verir ki, yayılan videoda Putin toplaşan insanların yanına yaxınlaşarkən prezidentin mühafizəçilərindən birinin “izdiham” ifadəsini səsləndirdiyi eşidilir.
Səs-küy səbəbindən deyilən sözlərin tam məzmunu aydın seçilməsə də, həmin an internet istifadəçilərinin diqqətini cəlb edib. Görüntülər əvvəlcə federal media resurslarında yayımlansa da, sonradan rəsmi mənbələrdən silinib.
Hadisə sosial şəbəkələrdə istehzalı reaksiyalara yol açıb. Bəzi istifadəçilər bunu təsadüfi dil sürüşməsi kimi qiymətləndirir, digərləri isə ictimai tədbirlərdə iştirak edən insanların əvvəlcədən təşkil olunduğuna dair eyham kimi dəyərləndirirlər.
Tahir Turan
Globalinfo.az