vkll

Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Globalinfo.az xəbər verir ki, iclasda son dövrdə həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat verilib.

Gündəliyə uyğun olaraq bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, dövlət qulluğuna qəbul edildiyinə görə vəkillik fəaliyyətinin dayandırılması, eləcə də öz arzusu ilə vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 1 vəkil xaric edilib, 1 vəkilə xəbərdarlıq edilib, 5 vəkil barəsində cərimə tədbiri tətbiq olunub və 2 vəkilə isə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə riayət etməsi diqqətə çatdırılıb.

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul edilib.

Paylaş: