
“Qalatasaray“ın ulduz hücumçusu Viktor Osimhen canlı efirdə gələcəyi ilə bağlı sualları cavablandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat verib.
Nigeriyalı hücumçu hazırda “Qalatasaray“da özünü çox xoşbəxt hiss etdiyini vurğulayıb:
“Klub rəhbərliyi və azarkeşlər mənə böyük hörmət göstərirlər. Bu münasibət təkcə özümə deyil, ailəmə və yaxın çevrəmə də aiddir”.
Ulduz futbolçu hər gün məşqlərə böyük həvəslə yollandığını deyərək, “Qalatasaray” formasını geyindiyi hər oyunda bütün gücü və ürəyi ilə mübarizə apardığını əlavə edib.
Safura Bənnayeva
Globalinfo.az