nmk

Bakıda küçədə qadınla kişinin bir-birini döyməsini əks etdirən görüntülər yayılıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu Atatürk prospektində baş verib.

Hadisə zamanı tərəflər bir-birinə zərbələr endirib. Görüntülərdən qadının kişiyə daha çox zərbələr endirdiyi görünür.

Bildirilib ki, insidentdə iştirak edən 38 yaşlı qadın və həmyaşıdı R.Zeynalov polis əməkdaşları tərəfindən müəyyən edilərək ərazi üzrə müvafiq Polis Şöbəsinə gətiriliblər. Hadisə şəxsi münasibətlər zəminində baş verib. Hazırda araşdırmalar davam etdirilir.

Görüntüləri ilk dəfə Axar.az yayıb.

722985846 1019306980489336 5156786761041637115 n

Paylaş: