ferhad

Xəbər verdiyimiz kimi, vəkil Fərhad Mehdiyev qızı avtoqəza nəticəsində həyatını itirib. İyunun 16-da BakıSumqayıt yolunda onun idarə etdiyi motosiklet “Mercedes” markalı avtomobilə çırpılıb. Nəticədə 17 yaşlı Zəhra Məmmədova hadisə yerində həlak olub.

Globalinfo.az xəbər verir ki, Fərhad Mehdiyev qəza ilə bağlı açıqlama yayıb. O bildirib ki, qızının faciəvi ölümündə əsas səbəbkar BakıSumqayıt sürət yolunda, yolun sol tərəfində dayanmış avtomobil olub:

“Həmin avtomobilin sağ zolağı da dolu olduğuna görə və həmin zolaqla da avtomobillər keçdiyinə görə onun sağdan keçmək kimi bir imkanı da yox idi. Həmin sürücü o nasaz maşını ilə dünən bir neçə insanın dünyasını yıxdı”.

F.Mehdiyev qızının ölümünün ikinci səbəbi kimi onun motosiklet sürməsini qeyd edib:

“Motosiklet deyil, minik avtomobil sürsəydi, həmin o yaramaz avtomobilə çırpılsaydı da hər halda sağ qalardı. Onu motosikletdən uzaqlaşdıra bilməməyim həyatda ən böyük uğursuzluq və səhv olaraq bir valideyn kimi qəlbimə yazılacaq. Mən qardaşımı, atamı, əmilərimi torpağa vermişəm. Öz balamı torpağa verəcəyimi düşünmək çox ağırdır”.

Globalinfo.az

Paylaş: