6a315d907da1e6a315d907da1f17816201126a315d907da1c6a315d907da1d 4

Qarabağ” növbəti transferini gerçəkləşdirib.

Globalinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Portuqaliyanın “Portimonense” klubu ilə danışıqlar müsbət nəticələnib və Samuel Lobato “Qarabağ”a keçib.

24 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, komandada 28 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 2025-ci ildən “Portimonense”də çıxış edən orta sahə oyunçusu ilk dəfə legioner həyatı yaşayacaq. Lobato 2015-2021-ci illər aralığında Portuqaliyanın məşhur “Sportinq” klubunun akademiyasında yetişib. O, karyerası ərzində həmçinin “Famalikao”, B SAD və “Tondela” klublarında da çıxış edib.

Xatırladaq ki, Samuel Lobato yay transfer pəncərəsində komandaya qoşulan üçüncü futbolçudur. Onadək Jali Mauddib və Zakaria Savonun keçidi rəsmiləşib.

6a31630049e556a31630049e5617816215046a31630049e526a31630049e53 1

Paylaş: