ABŞ Federal Təhqiqat Bürosu (FTB) Ağ Evə dron hücumunun qarşısını alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Bildirilib ki, hadisə ilə bağlı 5 nəfər saxlanılıb. Hücum planının Ağ Evdə UFC tədbiri zamanı həyata keçirilməsi nəzərdə tutulub:
“Planın ilk mərhələsində partlayıcılarla təchiz edilmiş dronlar tədbir keçirilən ərazinin yaxınlığındakı binalara çırpılacaqdı. Bununla kütləvi panika yaradılacaqdı. Daha sonra qaçan insanların hədəfə çevrilməsi və ikinci mərhələdə terrorçuların Ağ Evin girişinə doğru hərəkət etməsi planlaşdırılıb”.
Saxlanılan şəxslərdən birinin telefonunda “Signal” tətbiqi vasitəsilə hücumun detalları ilə bağlı yazışmalar aşkar edilib.
Qeyd edək ki, hadisə zamanı ABŞ Prezidenti Donald Trampın Ağ Evdə olacağı bildirilib.
Safura Bənnayeva
Globalinfo.az