“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlanıb.
Klubun mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, bu vəzifəyə Cavid Hüseynov təyin edilib.
Mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, C. Hüseynov məşqçi kimi “Şamaxı” klubunda fəaliyyətə başlayıb.
“Cəbrayıl”, “Turan Tovuz” klublarında da çalışan 38 yaşlı mütəxəssis bir müddət “Səbail”in də baş məşqçisi olub.