neft 900x563 1

ABŞ və İran arasında əldə olunan razılaşmanın qlobal enerji bazarına təsirləri müzakirə olunur. 

Regionda gərginliyin azalması neftin qiymətini ucuzlaşdıra bilərmi?

Globalinfo.az-a danışan iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Günay Hüseynova deyib ki, neftin dünya bazarındakı qiymətinin ucuzlaşması qısamüddətli deyil, daha çox uzunmüddətli proseslərdən asılıdır:

“Digər tərəfdən, ABŞ və İran arasında əldə olunan razılaşmanın tam şəkildə həyata keçib-keçməyəcəyi də vacib amildir. Bu iki ölkə arasında gərginlik illərdir davam edir və mövcud razılaşma münasibətlərin tam sabitləşəcəyi anlamına gəlmir. Buna görə də yeni qarşıdurma ehtimalı hər zaman qalır”.

İqtisadçı bildirib ki, neft qiymətləri ilə bağlı dəqiq proqnoz vermək üçün ən azı altı aylıq müşahidəyə ehtiyac var:

“Müvafiq izləmə və təhlillər aparılmadan bu barədə qəti fikir söyləmək əsassız olardı. Çünki bazarlar əsasən risk faktoruna reaksiya verir və Yaxın Şərqdə müharibə ehtimalının azalması neftin bahalaşmasına səbəb olan “geosiyasi risk mükafatı”nı zəiflədir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: