1717577663 beyrut2

İsrailin Beyruta endirdiyi hava zərbəsi ABŞ-İran razılaşmasının elanından bir neçə saat əvvəl narahatlığa səbəb olub.

Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, hücumdan sonra danışıqların taleyi ilə bağlı suallar yaransa da, hadisə yekunda razılaşma prosesinin dayanmasına səbəb olmayıb.

Qeyd edək ki, bundan əvvəl İran rəsmiləri İsrailin Livandakı hərbi əməliyyatlarının danışıqlara mənfi təsir göstərəcəyi barədə xəbərdarlıq etmişdilər. Bəzi İran rəsmiləri hücumun cavabsız qalmayacağını bildirsələr də, son nəticədə tərəflər arasında aparılan proses davam etdirilib.

Beləliklə, Beyrutdakı insident qısamüddətli gərginlik yaratsa da, ABŞ–İran razılaşmasının yekunlaşdırılması istiqamətində aparılan səyləri dayandırmayıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: