df0dce8b 2f0f 304b 9ae0 5913fee47eef 1200

Prezident İlham Əliyev Birləşmiş Ştatların dövlət başçısı Donald Trampla Azərbaycan ilə ABŞ arasında dostluğun və etibarlı tərəfdaşlığın dərinləşdirilməsi, səmərəli əməkdaşlığın hərtərəfli genişləndirilməsi yolunda birgə səylərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Globalinfo.az xəbər verir ki, Azərbaycan Prezidenti bununla bağlı fikirlərini ABŞ Prezidenti Donald Trampa 80 illik yubileyi münasibətilə təbrik məktubunda ifadə edib.

“Yüksək səviyyədə qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlif sahələrdə münasibətlərimizin daha da dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır.

AzərbaycanABŞ əlaqələrini bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, sərmayə, enerji, təhlükəsizlik, bağlantılar, texnoloji və digər sahələrdə daha da inkişaf etdirmək və möhkəmləndirmək qarşılıqlı əzmimiz təqdirəlayiqdir.

Əminəm ki, Azərbaycan ilə ABŞ arasında dostluğun və etibarlı tərəfdaşlığın dərinləşdirilməsi, səmərəli əməkdaşlığımızın hərtərəfli genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”, – Azərbaycan Prezidenti qeyd edib.

Paylaş: