İran hələ Vaşinqton və Tehran arasında təklif olunan anlaşma memorandumu ilə bağlı yekun qərar verməyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Fars” agentliyi İran danışıqlar qrupuna yaxın mənbələrə istinadən yazıb.
Mənbə bildirib ki, ekspertlər və məsul qurumlar hələ də təklifin siyasi, hüquqi və texniki aspektlərini öyrənirlər.
“CNN”in məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da bu planları rədd edib və ABŞ prezidenti Donald Trampın bu gün – doğum günündə sənədi imzalamaqda “qeyri-adi israrını” tənqid edib.
İran və ABŞ arasında mümkün müqavilənin imzalanma vaxtı ilə bağlı qeyri-müəyyənlik dünən, iki ölkə arasında danışıqlarda mühüm vasitəçi olan Pakistanın Baş naziri Şehbaz Şərifin sənədin son versiyasının razılaşdırıldığını elan etməsindən sonra yaranıb.
Bunun ardınca Tramp İranla sülh müqaviləsinin 14 iyun bazar günü bağlanacağını açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az